Rusiya KİV əməliyyatla bağlı Azərbaycana qarşı xəbər yayır
25 mart 2014 23:11 (UTC +04:00)

Rusiya KİV əməliyyatla bağlı Azərbaycana qarşı xəbər yayır

0

Dağıstanda «Xasavyurt bandası» adlanan qrupa qarşı özəl əməliyyat keçirilib. Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, əməliyyat nəticəsində dəstənin başçısı və daha 4 yaraqlının öldürüldüyü bildirilib.

 

Mənbənin məlumatına əsasən, əməliyyatda Rusiya Daxili İşlər Nazirliyinin bir əməkdaşı həlak olub, biri isə yaralanıb.

 

Əməliyyatı Rusiya Federasiyası Təhlükəsizlik Xidməti və DİN-in özəl təyinatlıları həyata keçirib. İlkin məlumata görə, onların şəxsiyyət də müəyyənləşib.

 

Rusiyanın rəsmi mənbələri  «dəstə başçısının» 1988-ci ildə Azərbaycanda anadan olmuş Tural Atayevin olduğunu iddia edib. 

 

«Gazeta.ru» isə «dəstəbaşçısının» 1989-cu ildə anadan olan İdris Akavov adlı birisinin olduğunu bildirib. İ.Akavov isə 2011-ci ildən federal axtarışda olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1822

Oxşar yazılar