Dağıstanın Unsukul rayonunda iki gündür davam edən xüsusi əməliyyat nəticəsində 7 yaraqlı öldürülüb.
Lent.az-ın “Gazeta.ru” - ya istinadən məlumatına görə, bu barədə Rusiya Milli Antiterror Komitəsi bildirib.
“İki sutka ərzində Dağıstanda qanunsuz silahlı qruplaşmaların 7 üzvü öldürülüb. Hazırda onların şəxsiyyəti müəyyənləşdirilir. Əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir” - deyə, məlumatda vurğulanıb.
Asayiş keşikçiləri arasında itki olmadığı bildirilir. Əməliyyat hazırda davam etdirilir.