Dağıstanda xüsusi əməliyyat: 3 silahlı öldürülüb, 1 "omon"çu yaralanıb
03 oktyabr 2014 05:11 (UTC +04:00)

Dağıstanda xüsusi əməliyyat: 3 silahlı öldürülüb, 1 "omon"çu yaralanıb

0

Dağıstanın Untsukul rayonu, Vremennıy qəsəbəsi ərazisində keçirilmiş xüsusi əməliyyat nəticəsində 3 silahlı öldürülüb. APA-nın məlumatına görə, bu barədə “İnterfaks”a Dağıstanın hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

 

“Xüsusi əməliyyatın aktiv mərhələsi dayandırılıb. İlkin məlumata görə, 3 silahlı məhv edilib. Onların qaldığı evə baxış səhər keçiriləcək”, deyə mənbə bildirib.

 

Əməliyyat zamanı “OMON”-un 1 döyüşçüsü yaralanıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 696

Oxşar yazılar