Rusiyanın Dağıstan Respublikasının Qızıl-Yurd bölgəsində məscidin imamı qətlə yetirilib.
APA-nın Rusiya bürosunun məlumatında görə, dünən gecə saatlarında iki naməlum silahlı şəsx imam Maqomed Zakaryayevin evinə girərək onu qətlə yetiriblər.
Qatillərin tapılması istiqamətində Rusiya hüquq-mühafizə orqanları axtarışa başlayıb.
M.Zakaryayevin vəhhabi təriqətinə qarşı olduğu üçün öldürüldüyü güman olunur.
Qeyd edək ki, təkcə 2012-ci ildə Rusiyada 7 nəfər din adamı silahlı hücum nəticəsində qətlə yetirilib. Müsəlman din adamlarına qarşı silahlı hücumlar daha çox Şimali Qafqazda baş verib. 2012-ci ilin avqustunda Dağıstanda 74 yaşlı imam Şeyx Səid Atasayev sui-qəsd nəticəsində öldürülüb.
2012-ci iiin iyul ayında Tatarıstanın müftisi İlduz Faizovun avtomobilinə qoyulmuş partlayıcı qurğunun işə düşməsi nəticəsində müfti ağır yaralanıb, onun köməkçisi isə həyatını itirib.