Dağıstanda polis əməkdaşları ilə silahlılar arasında atışma olub.
APA-nın “İnterfaks” agentliyinə istinadən xəbərinə görə, nəticədə 2 silahlı və 1 polis əməkdaşı ölüb.
Rusiyanın Milli Antiterror Komitəsinin informasiya mərkəzinin yaydığı məlumata əsasən, Kizilyurt quldur dəstəsinin iki üzvü antiterror əməliyyatı zamanı məhv edilib. Atışma nəticəsində həmçinin Rusiya DİN-in xüsusi təyinatlı dəstəsinin döyüşçüsü həlak olub.
Hazırda cinayətkar dəstənin digər üzvlərinin tutulması istiqamətində əməliyyat davam edir. Silahlı insident zamanı mülki əhali arasında zərərçəkən olmayıb.