Dağıstanda antiterror əməliyyatı rejimi tətbiq edildi
23 noyabr 2015 20:54 (UTC +04:00)

Dağıstanda antiterror əməliyyatı rejimi tətbiq edildi

0

Dağıstanın Tabasaran rayonunda antiterror əməliyyatı rejimi tətbiq edilib.

 

APA-nın RIA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə milli antiterror Komitəsinin nümayəndəsi bildirib.

 

Onun sözlərinə görə, hazırda Tabasaran rayonunda silahlıların yaxalanması və zərərsizləşdirilməsi üzrə əməliyyat aparılır.

 

Antiterror əməliyyatı rejimi gizli fəaliyyət göstərən quldur dəstələri üzvlərinin axtarışı və mümkün terror aktı təhlükəsi ilə əlaqədar tətbiq edilib.

 

Xatırladaq ki, ötən gün antiterror əməliyyatı rejimi Kabardin-Balkar Respublikasının paytaxtı Nalçik şəhərində tətbiq edilimişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 374

Oxşar yazılar