Dağıstanın 3 rayonunda yerli vaxtla saat 20:00-dan etibarən antiterror əməliyyatı rejimi tətbiq edilib.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, xüsusi rejim Tabasaran, Xiv və Süleyman-Stal rayonlarında tətbiq edilib.
Hazırda adıçəkilən rayonlarında silahlıların yaxalanması və zərərsizləşdirilməsi üzrə əməliyyat aparılır.
Xatırladaq ki, avqustun 17-də Mahaçqala yaxınlığında naməlum silahlılar polis əməkdaşını güllələmişdilər.