Dağıstanın 2 yaşayış məntəqəsində antiterror əməliyyatı rejimi tətbiq edilib.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə milli antiterror Komitəsinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, hazırda Dərbənd və Tabasaran rayonlarında silahlıların yaxalanması və zərərsizləşdirilməsi üzrə əməliyyat aparılır.
Qeyd edək ki, yanvarın 28-də Dağıstanın Nijneye Kazanişşe yaşayış məntəqəsində iki naməlum silahlı polis əməkdaşlarına atəş açmışdı, atışma zamanı hücum edənlər öldürülmüşdü.