Dağıstan öz neft-qaz şirkətini yaradır
27 mart 2014 23:46 (UTC +04:00)

Dağıstan öz neft-qaz şirkətini yaradır

Dağıstanın başçısı Ramazan Abdulatipov “Dağıstan Respublikası dövlət neft-qaz şirkəti” Açıqtipli Səhmdar Cəmiyyətin yaradılması haqda sərəncam imzalayıb.

 

Lent.az-ın “RBK”-ya istinadən məlumatına görə, hökumətə bu il aprelin 15-dək qurumun yaradılması üçün tədbirlərin görülməsi tapşırılıb.

 

Cəmiyyətin əsas fəaliyyəti respublikada neft-qaz kəşfiyyatı, hasilatı, eləcə də təbii qazın, neft və neft məhsullarının reallaşdırılmasına sərmayə cəlb etməkdən ibarət olacaq.

 

Mənbə xatırladıb ki, bu il yanvarın 15-də Abdulatipov belə bir şirkətin yaradılması haqda və təkliflərin təqdim edilməsi üzərində düşünməyə çağırmışdı.

 

Dağıstanın başçısı onda “Rosneft”, “LUKOYL”, “Qazprom” şirkətləri ilə birgə Rusiyanın Dağıstan ərazisindəki Xəzər şelfində karbohidrogen ehtiyatlarının mənimsənilməsi üçün geoloji – kəşfiyyat işlərini artırmağı təklif etmişdi.

 

Son iki ildə Dağıstan ildə 200 min barel neft, 300 min kub metr təbii qaz hasil edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 651
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35