Rusiyanın paytaxtı Moskvada ağır yol-qəza hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, hadisə nəticəsində Dağıstan Respublikasının Xalq Yığıncağının deputatı Çupalav Əliyeviç Ömərov ölüb.
Ömərov Kulinsk rayonundan deputat seçilib. Milliyyətcə lak olan mərhum Rusiya Dövlət Bədən Tərbiyəsi, İdman və Turizm Universitetini bitirib. O, ixtisasca məşqçi-müəllim olub.