2013-cü ildə Boston marafonunda törədilən partlayışlarla bağlı təqsirli bilinən Cövhər Tsarnayev barəsində ölüm hökmü çıxarılıb.
APA-nın məlumatına görə, bu barədə “Boston Globe” qəzeti xəbər verib.
Cövhər Tsarnayev işi üzrə məhkəmənin ikini mərhələsi aprelin 21-də başlamışdı. O,30 maddə üzrə günahkar bilinib ki, onlardan 17-si ölüm cəzasını nəzərdə tutur.
Qeyd edək ki, 21 yaşlı Cövhər Tsarnayev qardaşı Tamerlanla 2013-cü il Boston marafonu zamanı 3 nəfərin ölümü, 264 nəfərin yaralanması ilə nəticələnən terror hücumunun iştirakçısı olub.