Litvada Çeçenistanın sabiq prezidenti Cövhər Dudayevin kiçik oğlunun məhkəməsi başa çatıb.
APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, saxta pasportları hazırlamaqda ittiham olunan Degi Dudayevə 940 avro məbləğində cərimə kəsilib.
D. Dudayev bu məbləği 1 ay ərzində ödəməlidir.
Öz günahını etiraf edən sabiq prezidentin oğlu cinayəti Avropa ölkələrinə köçmək istəyən qohumlarına kömək məqsədi ilə törətdiyini bildirib. D. Dudayev qohumlarının hazırda Rusiyada yaşadığını deyib.