Con Kerri Havanada ABŞ bayrağını qaldırdı
14 avqust 2015 21:20 (UTC +04:00)

Con Kerri Havanada ABŞ bayrağını qaldırdı

0

ABŞ dövlət katibi Con Kerri ABŞ bayrağının Kubada açılan səfirliyin binası üzərində qaldırılması  ilə bağlı təntənəli mərasimdə iştirak edib.

 

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, Havanada keçirilən mərasim ABŞ və Kuba arasında diplomatik münasibətlərin bərpasını ifadə edib.

 

ABŞ bayrağı Kubada 1961-ci ildə dəniz piyadaçıları tərəfindən endirilmişdi. Mərasimdə çıxış edən Con Kerri ABŞ Konqresini Kuba üzərindən embarqonu götürməyə çağırıb.

 

Qeyd edək ki, Con Kerri son 70 il ərzində Kubaya səfər edən ilk amerikalı dövlət katibidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 379

Oxşar yazılar