ABŞ dövlət katibi Con Kerri ayağını sındırıb.
Lent.az-ın xarici KİV-ə istiandən verdiyi məlumata görə, Kerri velosipeddən yıxılıb.
Belə ki, Fransada səfərdə olan dövlət katibi Sonziye şəhəri yaxınlığında velosiped sürərkən yıxılıb.
ABŞ Dövlət Departamentinin mətbuat katibi Con Kirbi deyib ki, Kerri helikopterlə Cenevrə xəstəxanasına aparılıb, onun səhhəti normaldır.
Qeyd edək ki, Kerri səfər proqramına görə, Fransadan sonra İranın xarici işlər naziri Cavad Zəriflə nüvə danışıqlarını davam etdirmək üçün Cenevrəyə getməli olub.