Con Kerri Ankaraya gəlir
12 sentyabr 2014 01:51 (UTC +04:00)

Con Kerri Ankaraya gəlir

ABŞ dövlət katibi Con Kerri qlobal və regional məsələləri müzakirə etmək üçün sabah Ankaraya səfərə gələcək. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN məlumatında bildirilir.    

 

“ABŞ  dövlət katibi Con Kerri  sentyabrın 12-dən 13-dək Türkiyədə səfərdə olacaq. Ali qonaq xarici işlər naziri Mövlud Çavuşoğlu, daha sonra isə prezident Rəcəb Tayyip Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə danışıqlar aparacaq”, deyə məlumatda bildirilir.    

 

Tərəflər ölkələr arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını, ikitərəfli münasibətlərin aktual mövzularını, regional və qlobal problemləri müzakirə etmək niyyətindədir.  

 

Qeyd edək ki, hazırda Con Kerri “İslam Dövləti” qruplaşmasına qarşı beynəlxalq koalisiya yaratmaq məqsədi ilə Yaxın Şərq ölkələrinə turneyə start verib.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 762
avatar

Oxşar yazılar