Co Baydenin oğlu beyin xərçəngindən öldü
31 may 2015 08:19 (UTC +04:00)

Co Baydenin oğlu beyin xərçəngindən öldü

ABŞ vitse-prezidenti Co Baydenin oğlu Bo Bayden 46 yaşında beyin xərçəngindən vəfat edib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidmətinin  məlumatında bildirilir.  

 

Xatırladaq ki, Bo Bayden mayda müalicə olunmaq üçün xəstəxanaya yerləşdirilmişdi.

 

ABŞ vitse-prezidentinin oğlu Delaver ştatının baş prokuroru vəzifəsində çalışıb. Son vaxtlar isə o investisiya şirkətində işləyib. Kiçik Bayden həmçinin Kosovoda çalışıb, o, həmçinin İraq müharibəsinin veteranıdır.

 

 

ABŞ prezidenti Barak Obama və onun yoldaşı Mişel artıq Co Baydenin ailəsinə başsağlığı veriblər.   

 

Bo Bayden 2010-cu ildə insult keçirib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 154
avatar

Oxşar yazılar