ABŞ-ın vitse-prezidenti Cozef Bayden bu ay Türkiyəyə səfər edəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidentinin İŞİD-lə mübarizə üzrə xüsusi elçisi Brett Makqerk bildirib.
“Vitse-prezident bu ayın sonuna yaxın Türkiyəyə səfər edəcək”, deyə Makqerk brifinqdə jurnalistlərə bildirib
O əlavə edib ki, Türkiyə hökuməti İŞİD-lə mübarizədə səmərəli səylər göstərir və iki ölkə arasında bu problemə dair əlaqələndirmə işi davam etdirilir.