CNN: Xəzərdən buraxılan Rusiya raketlərinin dördü İrana düşüb
09 oktyabr 2015 01:44 (UTC +04:00)

CNN: Xəzərdən buraxılan Rusiya raketlərinin dördü İrana düşüb

0

ABŞ-ın CNN telekanalı Xəzər dənizi  akvatoriyasından atılan Rusiya raketlərinin bir neçəsinin hədəfə çatmadığını bildirib. APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, Rusiya Müdafiə Nazirliyi cavabında bildirib ki, raketlərin hamısı Suriyadakı hədəfləri vurub.

 

Telekanal ABŞ-dakı iki vəzifəli şəxsə istinadən bildirir ki, Suriyadakı mövqelər hədəfi olduğu  Rusiya raketlərindən azı dördü İrana düşüb. Məlumatı verən şəxslərdən biri insident nəticəsində qurbanların olduğunu ehtimal etsə də, digəri bu məlumatı təsdiqləməyib.  

 

Onlar həmçinin raket buraxılışının Xəzər dənizinin cənub akvatoriyasından həyata keçirildiyini təsdiqləyiblər. Rəsmi Vaşinqton bu məlumatı hələlik təsdiqləməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 522

Oxşar yazılar