Telekanal səhvən ABŞ prezidenti Barak Obamanın öldürüldüyü xəbərini verib. Lent.az-ın anspress.com-a istinadən verdiyi xəbərə görə, Obamanın dəniz piyadaçısı tərəfindən öldürüldüyü qeyd olunan titrlər canlı yayımlanıb.
Müvafiq “skrin-şot”u “BuzzFeed”in müxbiri Con Passantino "Twitter"də yayıb.
Məlum olub ki , CNN "Əl-Qaidə" lideri Usamə bin Laden ilə Barak Obamanı səhv salıb. Telekanal rəhbərliyinin rəsmən üzr istəyəcəyi gözlənilir.