Çinin peyki itən təyyarənin yerini müəyyən edib
13 mart 2014 02:00 (UTC +04:00)

Çinin peyki itən təyyarənin yerini müəyyən edib

Çinin peyki ötən həftə itən «Malaysia Airlines» hava şirkətinə məxsus «Boeing» təyyarəsinin düşdüyü ehtimal olunan yeri aşkarlayıb.

 

Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, bu haqda «CNN» xəbər yayıb.

 

Mənbə bildirib ki, peykin məlumatını Çinin Milli Müdafiə Nazirliyinin Elm, texnologiya və sənaye üzrə Dövlət komitəsi martın 12-də açıqlayıb. Xəbərə əsasən, çəkilişlər təyyarə yoxa çıxan günün səhəri martın 9-da edilsə də, onu martın 13-də dərc etmək qərarına gəliblər.

 

Çinli mütəxəssislər açıq dənizdə üç obyekt qeydə alıblar. Ölkənin Müdafiə Nazirliyi onları itən təyyarənin qırıntıları olduğunu istisna etməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2620
avatar

Oxşar yazılar