Çində baş vermiş dəhşətli partlayışlarla bağlı 12 nəfər tutuldu
27 avqust 2015 06:44 (UTC +04:00)

Çində baş vermiş dəhşətli partlayışlarla bağlı 12 nəfər tutuldu

0

Çinin Tyantszin şəhərində sənaye zonasında baş vermiş məlum partlayışlarla bağlı 12 nəfər həbs edilib.

 

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, saxlanılanlar arasında “Tianjin International Ruihai Logistics” şirkətinin başçısının olduğu bildirilir.

 

Qeyd edək ki, partlayışlar baş verdiyi anbar adıçəkilən şirkətə məxsusdur. Faciəvi insidentlə əlaqədar həmçinin şirkət rəhbərinin müavini və 3 top-menecer həbs olunub.

 

Son məlumatlara əsasən, Tyantszin şəhərində kimyəvi maddələr saxlandığı anbarda baş verən bir neçə partlayış nəticəsində ölənlərin sayı 139-a çatıb, yüzlərlə insan xəsarət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 353

Oxşar yazılar