Çinin Aydakı qurğusu “donub”, “ölə bilər”
29 may 2014 07:13 (UTC +04:00)

Çinin Aydakı qurğusu “donub”, “ölə bilər”

Çinin “Yuta” (“Nefritli dovşan”) adlı aygəzəyəni texniki çatışmazlıq ucbatından Yerə siqnallar göndərə bilmir.

 

Lent.az-ın “İnterfaks”-a istinadən məlumatına görə, Çin Ayı araşdırma mərkəzindən bildirilib ki, “Yuta”-nın iş qabiliyyəti günü-gündən zəifləməkdədir.

 

Mənbənin məlumatına əsasən, onun istilik sistemindən problem yaranıb. Ona görə də 15 sutka ərzində qurğu “soyuqlama” üzündən işləməyəcək. Mərkəz onu da qeyd edib, ki bir müddət sonra “Çin dovşanı” “buz bağlayaraq, donub, öləcək”.

 

Xatırladaq ki, bu aygəzəyəni 2013-cü il dekabrın 16-da Yerin peykinə enib. 6 təkərli bu qurğu Ayın səthində saatda 200 metrlə hərəkət etmək qabiliyyətinə malikdir. Onun əsas vəzifəsi Ayın geoloji strukturunu araşdırmaqdır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1055
avatar

Oxşar yazılar