Çinin təzyiqləri üzündən Nepal hakimiyyəti ölkədə yaşayan tibetlilərə məhdudiyyəti sərtləşdirib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, bu haqda Beynəlxalq Əfv Təşkilatının (“Human Rights Watch”) hesabatında vurğulanıb.
Qurum hesab edib ki, Nepaldakı tibetli qaçqınlara etiraz aksiyası keçirmək faktiki olaraq, yasaqlanıb. Onların mədəni tədbir keçirməsi məhdudlaşdırılıb, eləcə də Nepal təhlükəsizlik orqanları tərəfindən onlar davamlı olaraq sui-istifadə basqılara məruz qalırlar.
Hüquq müdafiəçilərinin sözlərinə əsasən, 2008-ci ildə Tibetdə Çin hakimiyyətinə qarşı aksiyalardan sonra Nepalda yaşayan tibetli qaçqınların yaşayış şəraiti kəskin pisləşib.
20 minə yaxın tibetli qaçqın yaşayan Nepalda rəsmilər bu ittihamları təkzib edib.