Çindən sərt addım
24 fevral 2016 07:50 (UTC +04:00)

Çindən sərt addım

0

Çin hökuməti Cənub-Çin dənizindəki mübahisəli Parasel adalarının birində qırıcı təyyarələrini yerləşdirib. APA-nın məlumatına görə, bu barədə Fox News telekanalı ABŞ kəşfiyyatına istinadən məlumat yayıb.  

 

Məlumata görə, “Shenyang J-11” (“SU-27”-nin lisenziyalı analoqu) və “Xian JH-7” tipli təyyarələr  Vudi adasında yerləşdirilib. Çin qeyd olunan adada bir müddət əvvəl zenit-raket kompleksləri yerləşdirib.    

 

Qeyd edək ki, Cənub-Çin dənizindəki mübahisəli Parasel adalarına Çin, Tayvan və Vyetnam iddia edirlər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 564

Oxşar yazılar