Çindən qonşularına möhtəşəm təklif
21 dekabr 2014 00:54 (UTC +04:00)

Çindən qonşularına möhtəşəm təklif

0

Çin Kamboca, Vyetnam, Myanma, Tailand və Laosa infrastrukturun yaxşılaşdırılması və yoxsulluq ilə mübarizə üçün 3 mlrd dollar maliyyə yardımı təklif edib.

 

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, yardım  infrastruktur üçün 1 mlrd dollar, yoxsulluq ilə mübarizə üçün 490 mln dollar və Çinin ixrac potensialının istehsalı üçün 1,6 mlrd dollar vəsaitin ayrılmasını nəzərdə tutur.

 

Xatırladaq ki, Çin hökuməti 2011-ci ildə Myanmada zəlzələnin fəsadlarının aradan qaldırılması və bərpa işləri üçün 500 min dollar ayırıb.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 235

Oxşar yazılar