Çinin cənubundakı Quandun əyalətində baş vermiş ağır yol qəzası nəticəsində azı 12 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, qəza Xeyuan və Qançjou şəhərlərini birləşdirən magistral yolda baş verib. Taxta-şalbanla yüklənmiş yük maşını idarəetməni itirməsi nəticəsində aşıb. Nəticədə 4 minik avtomobili və mikroavtobus toqquşub. Qəza nəticəsində bir neçə avtomobilin yandığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.