Çinin Makao şəhərində polis qanunsuz qumar sindikatının 20 üzvünü həbs edib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, onlar Braziliyada keçirilən dünya birinciliyi oyunlarına yüz milyonlarla dollarlıq stavkaları dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinir.
Saxta bukmeykerlər dünyanın hər yerindən telefon zəngləri və onlayn-stavkaları qəbul edirmiş.
Heç yerdə qeydiyyat olmayan bu qrup oyunların stavkalarını qeyd edib pulları mənimsəyirmiş.
Polisin araşdırmasına əsasən, aldanan müştərilərdən biri oyunlardan birinə 5 milyon dollarlıq stavka edibmiş.
Polis onları Makaodakı mehmanxanalardan birində həbs edib.