Çində gözlənilən Çan Xom qasırğası başlayıb.
Lent.az-ın TASS informasiya agentliyinə istinadən məlumatına görə, qasırğa Şərqi Çin vilayətinin Zhenjiang sahilində başlayıb.
İlkin məlumatlara görə, küləyin sürəti saniyədə 45 metrə çatır. Ölkədə 600 aviareyslər təxirə salınıb. 94 ev zərər görüb, 200 ev işıqsız qalıb.
Qasırğanın indiyə kimi vurduğu maddi zərər 318 milyon dollar təşkil edir.
Zərərçəkənlər barəsində məlumat verilmir.
***
Şərqi Çini Çan Xom adlı çox güclü qasırğa həyəcanı bürüyüb.
Lent.az-ın TASS informasiya agentliyinə istinadən məlumatına görə, Şərqi Çin əyaləti olan Zhejiang yaxınlıqdakı rayonlarda yaşayan 860 min əhali qasırğa təhlükəsinə görə evakuasiya edilib. Təxminən 26 min gəmiyə vilayətin sahillərindən limana geri qayıtmaları tapşırılıb.
Yerli hakimiyyət orqanlarının qərarı ilə əyalətin hava, dəniz yolları bağlanıb, uzaq yola çıxan avtobusların hərəkəti dayandırılıb.
Qeyd edək k, bu, Çində yaşanan ikinci qasırğa təhlükəsidir. 9 iyulda Cənubi Çində 1.6 milyon insanın xəsarəti ilə nəticələnən Linhua qasırğası baş vermişdi. Nəticədə Çinə 213 milyon dollar zərər dəymişdi.