Çində onlarla uyğuru polis güllələyib, internetə giriş bağlanıb
30 iyul 2014 22:05 (UTC +04:00)

Çində onlarla uyğuru polis güllələyib, internetə giriş bağlanıb

0

Çin hakimiyyəti uyğur türklərinin yaşadığı əyalətdə “təhlükəsizlik tədbirləri çərçivəsində” internetə girişi bağlayıb.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, ötən gün Sintszyan bölgəsində Çin-Tacikistan sərhədi yaxınlığında yerləşən Yarkənd şəhərində baş verən olaydan sonra rəsmi Pekin bu addımı atıb.

 

Hakimiyyətin və etnik xaanların basqınlarına etiraz edən uyğurlar polis tərəfindən atəşə tutulub. Etiraz aksiyası iştirakçılarına polis odlu silahdan atəş açıb onlarla uyğur öldürülüb.

 

Mənbə xatırladıb ki, bu əyalətdə çinlilər-xaanlar davamlı olaraq, yerli uyğur-türklərinə qarşı basıqlar edir, onları aşağılayır. Hakimiyyət isə xaanların bu hərəkətinə göz yumur.

Rəsmi Pekinin etnik ayrı-seçkiliyi isə uyğurlar etiraz edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1147

Oxşar yazılar