Çində mindən çox uşaq alverçisi tutulub
01 mart 2014 06:47 (UTC +04:00)

Çində mindən çox uşaq alverçisi tutulub

0

Çinin İctimai Təhlükəsizlik Nazirliyinin əməkdaşları keçirdikləri əməliyyat nəticəsində 382 uşağı azad ediblər. Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, oğurlanan həmin uşaqların cinayətkarlar satışa çıxarmağa hazırlaşırmış.

 

Aparılan əməliyyat nəticəsində 1094 nəfər həbs olunub.

 

Nazirlik bildirib ki, ötən il Pekində və Tszyan əyalətində uşaqların övladlığa götürülməsi adı altında fəaliyyət göstərən 4 internet-saytı aşkarlanaraq, qapadılıb.

 

Məlumatı yayan «The Washington Post» qəzetinin qənaətincə, Çində uşaq alverinə qarşı mübarizə sərt şəkildə aparılsa da, bu problem ölkə ictimaiyyətini ciddi şəkildə rahatsız etməkdədir. Qeyd edək ki, Çində uşaq alverçilərinə ölüm hökm də çıxarılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 564

Oxşar yazılar