Çin Kommunist Partiyasının rəsmiləri ölkənin Çjentszyan əyalətində protestant kilsələrinin sökülməsini təkzib ediblər.
Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, xristian fəallar bildirib ki, Çinin şərqində yerləşən Çjentszyan əyalətində azı 10 kilsə ya dağıdılıb, ya da onların üstündəki xaç çıxarılıb.
Məlumata əsasən, bəzi xristian icmalara “özlərinə diqqəti azaltmaq” tapşırılıb.
Ötən həftə Santszyan əyalətindəki kilsə uçurdulub. Yerli hakimiyyətin təmsilçisi bunu kilsənin “təhlükəsizliyi təhdid ilə” əlaqələndirib.
Əyalətin etnik və dini işlər üzrə komitəsinin sədri Fen Çjili bildirib ki, xristianları sayı artır, onlar “ifratçı və həddən artıq pozucudurlar”.
Mənbə İngiltərədə çıxan “Daily Telegraph”-a istinadən bildirib ki, Vençjou şəhərinin 10 milyon əhalisi var və bunların bir milyonu xristiandır. Bu bölgə Çində xristianların ən çox olduğu ərazidir.
Hakimiyyət ölkədə rəsmi olaraq bu dini inanc və məzhəbləri tanıyır: buddizm, islam, daosizm, xristianlığın katolik və protestant məzhəbləri.