Çində bina uçdu: <span style="color:red;">17 nəfər öldü
31 oktyabr 2015 10:32 (UTC +04:00)

Çində bina uçdu: 17 nəfər öldü

0

Çində binanın bərpası zamanı baş verən qəza nəticəsində 17 nəfər ölüb, 23 nəfər xəsarət alıb.

 

APA-nın “Associated Press”-ə istinadən verdiyi məlumata görə, hadisə ötən gün Xenan vilayətinin Uyan bölgəsində baş verib. Fəhlələr binanın bünövrəsində bərpa işləri apararkən bina uçub. Dağıntılar altından 40 nəfər çıxarılıb. Onlardan 17-si hadisə yerində ölüb. Yaralananlardan 9-nun vəziyyəti xüsusilə ağırdır.

 

Hadisədə təqsirli bilinən bir neçə nəfər saxlanılıb. Binanın uçmasının səbəbləri araşdırılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 350

Oxşar yazılar