Çində 400 sərnişinin olduğu gəmi batdı
02 iyun 2015 03:17 (UTC +04:00)

Çində 400 sərnişinin olduğu gəmi batdı

Çinin şərqində Yantsı çayında göyərtəsində 400 sərnişinin olduğu gəmi qəzaya uğrayıb.

 

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, “Şərq Ulduzu” adlı çay gəmisi Hubey əyalətində batıb.

 

Gəminin Nankin-Çuntsin marşrutu ilə hərəkət etdiyi bildirilir. Hazırda hadisə yerində xilasedici tədbirlər həyata keçirilir. Hadisə nəticəsində ölən və xəsarət alanlar barədə hələlik heç bir məlumat verilmir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 233

Oxşar yazılar