Meksikada silahlı cinayətkarlar və polis əməkdaşları arasında baş vermiş atışma nəticəsində 15 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, polis patrulu Puerto-Valyarta və Qvadalaxara şəhərlərini birləşdirən magistral yolda mütəşəkkil silahlı cinayətkar qrupunun hücumuna məruz qalıb.
Məlumata görə, şiddətli atışma zamanı həmçinin bir neçə avtomobil yandırılıb.
Ölənlər arasında silahlı və polis əməkdaşlarının olduğu bildirilir. Hücuma məruz qalmış polis əməkdaşlarının köməyinə hərbçilər və milli jandarmeriya qüvvələri cəlb olunub.
Hadisə ilə əlaqədar yolda nəqliyyatın hərəkəti bir müddət məhdudlaşdırılıb.