Cənubi Çin dənizindəki mübahisəli sularda Çin və Vyetnam gəmiləri arasında biri-birinə “təzyiqli su sıxmaqla döyüş”ün baş verdiyi haqda xəbərlər yayılıb.
Lent.az-ın “Anadolu” agentliyinə istinadən məlumatına görə, Vyetnamda çıxan “Tuoi Tre” qəzetinin bölgədəki iki müxbiri bildirib ki, Çinin mübahisəli sularda neft platforması quraşdırmasına maneə olmağa çalışan Vyetnamın patrul gəmilərindən platformanın ətrafındakı Çin gəmilərinə və oradan əks istiqamətdə təzyiqli su sıxıldığını eşidilib.
Mənbənin məlumatına əsasən, Çin 1974-cü ildə Vyetnamla “Parcel adaları” uğrunda döyüşdən sonra həmin əraziyə nəzarəti ələ keçirib. Pekin “Şişa adaları” adlandırdığı bölgənin yaxınlığında bu il mayın 1-dən nəhəng bir neft platforması qurmağa başlayıb.
Vyetnam isə “Parcel adaları” adlandırdığı bölgədə Çinin neft platformasını qurma işlərinə mane olmağa çalışır.
Mayın 7-də Vyetnamın hərbi dəniz donanmasına məxsus gəmilər neft platformasının yaxınlığına hərəkət edərək, çinlilərə mane olmağa çalışıb. Onda hadisə yerinə Çin gəmiləri də hərəkət edib. İki ölkənin gəmiləri biri-biri toqquşub.
Tərəflər biri-birini gəmilərinə arxadan çırpmaqda günahlandırmışdı. Gərginlik zamanı xəsarət alan olmamışdı.
Mayın 9-da Çin Xarici İşlər Nazirliyinin təmsilçisi Hua Çunying «Sisa adaları» yaxınlığındakı 981 nömrəli qazma platformasında işlərin qanuni olduğunu bildirmişdi.
Neft platformasına yaxın bölgədə Vyetnamın Hərbi Dəniz Donanmasına məxsus 29 gəmisi və hərbi mühafizə gəmisi üzür.