Çin Ukraynadan 3 milyardını geri istəmədiyini bildirib
02 mart 2014 07:28 (UTC +04:00)

Çin Ukraynadan 3 milyardını geri istəmədiyini bildirib

0

Çin hakimiyyəti Çin-Ukrayna arasındakı kənd təsərrüfatı əməkdaşlığı layihəsinin dayandırılması və rəsmi Pekinin Kiyevdən taxılın tədarükündə yaranmış fasiləyə görə  3 milyard  dollarının qaytarılmasını istədiyi haqda yayılan xəbərləri təkzib edib.

 

Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, bu haqda Çinin rəsmi informasiya vasitələri xəbər yayıb.

 

Mənbə bildirib ki, tərəflər arasında müqavilənin bəzi müddəaları, eləcə də Ukraynanın borcu  ilə bağlı anlaşılmazlıq yaranmışdı.

 

Çin tərəfi bildirib ki, nəzərdə yayınan məbləğ elə də böyük deyil və arbitraj məhkəməsi onu araşdırır.

 

Mənbə xatırladıb ki, bir müddət öncə  KİV-də Çinin Ukraynaya qarşı London beynəlxalq Arbitraj məhkəməsində iddia qaldırdığı haqda xəbərlər yayılmışdı. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1494

Oxşar yazılar