Çinin Sintsyan -Uyğur Muxtar rayonunda 5,6 bal gücündə zəlzələ baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri əhalisi 70 min nəfər təşkil edən Kuça şəhərindən 120 km şimal-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.