Çin: Ukraynada etnik maraqlar nəzərə alınmalıdır
18 fevral 2015 03:09 (UTC +04:00)

Çin: Ukraynada etnik maraqlar nəzərə alınmalıdır

Rəsmi Pekin hesab edir ki, Ukrayna böhranının siyasi həlli bütün etnik qrupların maraqlarını nəzərə almalıdır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ÇXR-in BMT-dəki daimi nümayəndəsi Lyu Tszei BMT TŞ-nin iclasında çıxışı zamanı bildirib.

 

Onun sözlərinə görə, Çin Minskdə Rusiya, Fransa, Almaniya və Ukrayna liderlərinin Minskdə münaqişənin nizamlanmasına dair əldə olunan sazişi müsbət qəbul edir. “Dörd ölkə arasında Minskdə əldə olunan razılaşmalar Ukraynanın şərqində gərginliyin aradan qaldırılmasına  və böhranın siyasi yolla həllinə imkan yaradır”, deyə diplomat bildirib.

 

“Çin hesab edir ki, Ukraynadakı problemin həlli zamanı siyasi məcrada qalmaq gərəkdir. Böhranın öz reallığı, öz tarixi var və münaqişənin həlli Ukraynada yaşayan bütün etnik qrupların maraqlarını və  narahatlıqlarını əks etdirməlidir”, deyə Lyu Tszei bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 193
avatar

Oxşar yazılar