Çilidə zəlzələdən ölənlərin sayı 13-ə çatdı
19 sentyabr 2015 07:17 (UTC +04:00)

Çilidə zəlzələdən ölənlərin sayı 13-ə çatdı

Çilidə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 13-ə çatıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, daha 6 nəfər itkin düşmüş hesab edilir.

 

Təbii fəlakətdən ümumilikdə 3 minə yaxın insan zərər çəkib.

 

Xatırladaq ki, sentyabrın 17-ə keçən gecə Çili sahillərində 8,3 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri paytaxt Santyaqodan 228 km aralıda yerləşən İlyapel şəhəri yaxınlığında yerləşib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 195

Oxşar yazılar