Çilinin Vinya-del-Mar şəhərində bir birinin ardınca iki partlayış baş verib, 2 nəfər xəsarət alıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hər iki partlayış ticarət obyektlərində törədilib.
Araşdırmalara başlayan polis hələ ki, cinayətkarların izinə düşə bilməyib.
Xatırladaq ki, sentyabrın 8-də paytaxt Santyaqoda metroda baş verən terror aktında 14 nəfər xəsarət almışdı. Hadisə ilə əlaqədar Çilinin prezidenti Mişel Baçelet təcili olaraq ölkənin təhlükəsizlik şurasının iclasını çağırmışdı.