Çilinin şimal bölgəsində davam edən şiddətli yağış və daşqınlar nəticəsində 9 nəfər ölüb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, 5 mindən çox insan yaşadığı evləri tərk etmək məcburiyyətində qalıb.
Sinoptiklər bunun Çilinin şimalında son 80 ildə ən güclü yağışlar olduğunu bildirir. Bölgədə fövqəladə vəziyyət elan edildiyi bildirilir.
Qeyd edək ki, daşqınlar tüğyan edən Atakama bölgəsi dünyanın ən quraq ərazilərindən biri sayılır.