Çili yenidən silkələndi
19 sentyabr 2015 05:03 (UTC +04:00)

Çili yenidən silkələndi

0

Çili sahillərində 5,2 bal gücündə zəlzələ baş verib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Kokimbo şəhərindən 131 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

 

Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.

 

Xatırladaq ki, sentyabrın 17-də Çilidə 8,4 bal gücündə zəlzələ olub. Təbii fəlakət nəticəsində 12 nəfər ölüb, 1 milyona yaxın insan təxliyyə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 430

Oxşar yazılar