Çikaqoda silahlı insident: 3 yaralı
04 yanvar 2015 07:21 (UTC +04:00)

Çikaqoda silahlı insident: 3 yaralı

0

ABŞ-ın Çikaqo şəhərində (İllinoys ştatı) silahlı insident baş verib.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, naməlum şəxsin atəş açması nəticəsində  3 nəfər xəsarət alıb.

 

Hadisənin Saut-Sayd dairəsinin Raytvud bölgəsində baş verdiyi bildirilir. İlkin məlumata əsasən, naməlum şəxs içində 3 nəfərin olduğu avtomobilə yaxınlaşaraq atəş açıb.

 

Yaralılar xəstəxanaya çatdırılıb.  Onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir.  Hadisənin təfərrüatları müəyyənləşdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 341

Oxşar yazılar