Çikaqoda kilsə yaxınlığında atışma: 2 nəfər ölüb, 18 nəfər yaralanıb
12 iyul 2014 22:37 (UTC +04:00)

Çikaqoda kilsə yaxınlığında atışma: 2 nəfər ölüb, 18 nəfər yaralanıb

0

ABŞ-ın Çikaqo şəhərində baş vermiş atışma nəticəsində 2 nəfər ölüb, 18 nəfər yaralanıb.

Lent.az-ın  “RİA Novosti”yə istinadən məlumatına görə, olay şəhərin baptist kilsəsinin yaxınlığında, avtomobil dayanacağında baş verib.   

 

Kilsənin saytında dərc edilmiş məlumata əsasən, atışma kilsənin 117-ci ildönümü münasibəti ilə təşkil olunmuş bayram tədbiri zamanı baş verib. Bayram tədbiri zamanı çoxlu sayda insan kilsədə və onun ətrafında toplanıb.

 

Polisin məlumatına görə, 47 yaşlı kişi 2 nəfərlə mübahisə etdikdən sonra tədbiri tərk edib. Az sonra qayıdan cinayətkar avtomobildən kilsənin qarşısında toplaşmış insanlara atəş açıb.    

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 685

Oxşar yazılar