CHP tərəfdarlarının MSK binası qarşısındakı aksiyasına polis müdaxilə edib - <span style="color:red;">YENİLƏNİB
02 aprel 2014 10:04 (UTC +04:00)

CHP tərəfdarlarının MSK binası qarşısındakı aksiyasına polis müdaxilə edib - YENİLƏNİB

 Türkiyədə martın 30-da yerli icra və özünüidarəetmə orqanlarına keçirilmiş seçkilər zamanı 27 faizdən bir az çox səs toplamış müxalif Cümhuriyyət Xalq Partiyası Ankara, İstanbul və Antalyada bülletenlərin yenidən sayılmasını tələb edib.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Ankarada seçkilərin nəticələrinə etiraz edən və əllərində partiyanın bayraqlarını, paytaxtın meri postuna irəli sürülmüş namizəd Mansur Yavaşın portretlərini tutan bir qrup CHP tərəfdarı Mərkəzi Seçki Komissiyasının, habelə Yenimahalle və Cankaya dairə seçki komissiyalarının binaları qarşısında aksiya keçirib.

 

Məlumata görə, polis MSK binası qarşısında təşkil olunmuş aksiyaya müdaxilə edib.  

 

Polis etirazçılardan dağılışmağı tələb edib, lakin aksiya iştirakçıları asayiş keşikçilərinin çağırışlarına məhəl qoymayıb. Buna cavab olaraq, polis etirazçılara qarşı su şırnaqlarından və səs qumbaralarından istifadə edib. Polisin müdaxiləsindən bir müddət sonra MSK binası qarşısına təkrar toplaşan etirazçılara qarşı yenidən su şırnaqlarından və səs qumbaralarından istifadə olunub.  

 

Hadisə yerinə Ankaradan seçilmiş CHP-li millət vəkili Levent Gök gəlib. O, etirazçıların dağılışmasını xahiş edərək, aksiyaları dairə seçki komissiyalarının binaları qarşısında keçirməyi təklif edib. “Mənə güvənirsinizsə, buradan dağılışın, dairə seçki komissiyalarının binaları qarşısında toplaşın. Məsələ Dairə Seçki Komissiyalarında həll edilməlidir”, deyə Levent Gök etirazçılara müraciət edib.

 

Etirazçılar dağılışmaq istəmədiksə, polis onlara qarşı yenidən müdaxilə edib. Etirazçıların Abdi İpəkçi Parkı istiqamətində dağılışdığı bildirilir.  

 

Məlumata görə, etirazçılar hazırda da kiçik qruplara toplaşaraq, etirazı davam etdirirlər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 891
avatar

Oxşar yazılar