CHP parçalanırmı? - prezidentliyə ikinci namizəd ortaya çıxdı
29 iyun 2014 11:21 (UTC +04:00)

CHP parçalanırmı? - prezidentliyə ikinci namizəd ortaya çıxdı

0

Türkiyədə əsas üxalifət partiyası olan Cumhuriyyət Xalq Partiyasında (CHP) prezidentliyə namizəd məsələsi qalmaqala səbəb olub. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, partiyanın Əskişəhər millət vəkili Süheyl Batum telekanalların birində prezidentliyə namizədinin CHP və MHP-nin ortaq namizədi Ekmələddin İhsanoğlu deyil, Ankara millət vəkili Əminə Ülkər Tarhan olduğunu deyib. 


Bu xəbərin yayılması ilə hər iki müxalifət partiyasında müəyyən çaşqınlıq yaranıb. Əminə Ülkər Tarhan isə xəbəri sakit şəkildə qarşılayıb.

 

Qeyd edək ki, qadın deputatın namizədliyini CHP daxilində dəstəkləyən xeyli siyasi qüvvə və deputatlar var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1302

Oxşar yazılar