Ceyms Bondun əşyaları hərracda
02 fevral 2016 02:15 (UTC +04:00)

Ceyms Bondun əşyaları hərracda

0

Londonda yerləşən “Kristis” hərrac evi “007: Spektr” filminə həsr olunmuş tematik hərrac təqdim edəcək.

 

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, hərrac fevralın 18-dən 23-nə qədər davam edəcək.

 

Hərracda ümumilikdə satışa 24 əşya çıxarılacaq. Onların arasında film üçün hazırlanmış “Aston Martin DB10” markalı avtomobil də var. Aktyor Daniyel Kreyqin yaratdığı Ceyms Bondun sürdüyü maşının dəyəri 1,15 milyon funt sterlinqdir.

 

Hərracda filmdə istifadə edilən aksesurlar, filmin rekvizitləri, texnoloji avadanlıqlar, geyimlər yer alacaq. Əldə edilən vəsait xeyriyyə məqsədlərinə yönəldiləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 391

Oxşar yazılar