Çexiya polisi ölkə ərazisində fəaliyyət göstərən Rusiya neonasistlərinin “Votan yugend” adlı təşkilatının özəyini aşkarladığını bildirib.
Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, bu haqda “Radio Praqa” xəbər yayıb.
Məlumata əsasən, onlardan beşinə qarşı ittiham elan olunub. Onlar neonasistyönlü təbliğat aparmaqda və bu istiqamətdə fəaliyyət göstərən təşkilatları dəstəkləməkdə şübhəli bilinir.
Mənbənin xatırlamasına görə, bir müddət öncə Çexiya prezidenti Miloş Zeman bildirmişdi ki, Krımdakı kimi Karlova Varada da (Çexiyanın kurort bölgəsi) Rusiyanın “rusiyalıları müdafiə etməsini” istəməzdi.