Çexiya Türkiyənin qaçqın axınının nizamlanmasına dair üzərinə götürdüyü öhdəlikləri necə icra etməsini yoxlayacaq. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Çexiya DİN rəhbəri Milan Xovanets bildirib.
“Türkiyəyə vəsait verməzdən əvvəl Çexiya Türkiyə tərəfinin üzərinə götürdüyü öhdəliklərin icra olunmasına əmin olmaq istəyir”, - deyə nazir bildirib.
Milan Xovanets qeyd edib ki, Çexiya XİN rəhbəri Lubomir Zaoralek yaxın zamanda Türkiyəyə səfər edərək hökumətin yerlərdə gördüyü tədbirlərlə tanış olacaq.
Qeyd edək ki, Türkiyə bundan əvvəl qaçqın axınının nizamlanması üçün Aİ-dən 5 mlrd avro ayrılmasını xahiş edib.