Çexiya prezidenti Azərbaycana səfər edəcək
08 aprel 2015 11:47 (UTC +04:00)

Çexiya prezidenti Azərbaycana səfər edəcək

Çexiya prezidenti Miloş Zeman bu il ərzində Kolumbiya, Meksika və Azərbaycana səfər edəcəyini açıqlayıb.

 

APA-nın “Czech News” agentliyinə istinadən verdiyi məlumata görə, Çexiya prezidentinin mətbuat müşaviri Jiri Ovcacek bildirib ki, prezident Çexiyanın ikinci ən böyük neft təchizatçısı olan Azərbaycana səfərini sentyabra planlaşdırır.

 

Çexiyanın sənaye və ticarət naziri Yan Mladek isə Azərbaycanla iqtisadi və humanitar əlaqələrin genişləndiriləcəyini deyib: “Biz Azərbaycanla strateji tərəfdaşlığın ölkəmiz üçün uyğun olduğunu həmişə deyirik”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 309
avatar

Oxşar yazılar